Menu

Trampla Zelenski arasında görüş başlayıb

28.12.2025, 23:12
Trampla Zelenski arasında görüş başlayıb

ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.

APA xəbər verir ki, görüş Trampın Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında təşkil olunub.

Tərəflərin Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün təklif edilən 20 maddəlik sülh planını müzakirə edəcəkləri bildirilir.

Qeyd edək bu, Zelenskinin Trampla görüşmək üçün ABŞ-a beşinci səfəridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol