Menu

Tramp jurnalistlərə nahar verilməsini tapşırıb - Zaldan çıxarılıblar...

28.12.2025, 23:21
Tramp jurnalistlərə nahar verilməsini tapşırıb - Zaldan çıxarılıblar...

ABŞ və Ukrayna nümayəndə heyətlərinin rəsmi nahar görüşündən əvvəl ABŞ Prezidenti Donald Tramp görüşü işıqlandıran mətbuat nümayəndələrinə müraciət edib.

Tramp jurnalistlərlə qısa dialoqdan sonra onlara nahar verilməsini tapşırıb. O, köməkçisi Marqo Martinə mətbuat nümayəndələrinin zaldan çıxarılması və aşpaza jurnalistlər üçün yüngül nahar təqdim olunması barədə göstəriş verib.

Jurnalistlər isə ABŞ Prezidentinə təşəkkür ediblər.

Hadisə ABŞ–Ukrayna görüşü ərəfəsində qeyri-rəsmi və diqqətçəkən epizod kimi yadda qalıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol