ABŞ Prezidenti Donald Tramp gömrük rüsumlarının ölkənin ticarət kəsirini əhəmiyyətli dərəcədə azaltdığını bildirib.
Onun sözlərinə görə, tətbiq edilən rüsumlar nəticəsində ticarət kəsiri təxminən 60% azalıb və bu, indiyədək görünməmiş bir göstəricidir.
Tramp vurğulayıb ki, gömrük rüsumları ABŞ üçün böyük maliyyə imkanları yaradır və eyni zamanda ölkənin milli təhlükəsizliyini gücləndirir. Prezident əlavə edib ki, hazırda iqtisadi artım 4,3% ÜDM səviyyəsindədir və bu göstərici artmaqda davam edir.
O, həmçinin inflyasiyanın müşahidə olunmadığını və ABŞ-nin beynəlxalq arenada yenidən hörmət qazandığını qeyd edib.
“4,3% ÜDM və artmağa davam edir. Heç bir inflyasiya yoxdur. Bizə yenidən ölkə olaraq hörmət edirlər”, – Tramp bildirib.
"AzPolitika.info"


Şərhlər