Menu

"Ukrayna qoşunlarını Donbasdan tamamilə çıxarmalıdır" - Peskov

29.12.2025, 14:07
"Ukrayna qoşunlarını Donbasdan tamamilə çıxarmalıdır" - Peskov

Ukrayna qoşunlarını Donbasdan tamamilə çıxarmalıdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə Ukrayna hərbi əməliyyatlara son qoymaq üçün qoşunlarını Donbasdan çıxarmalıdır.

Ukrayna qoşunlarının çıxarılması tələbinin Zaporojye və Xerson vilayətlərinə də aid olub-olmadığı ilə bağlı suala cavab olaraq Putinin sözçüsü qeyd edib ki, Moskva sülh planının konkret müddəalarını müzakirə etməyi planlaşdırmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol