Menu

Gələn il 1,4 milyard icbari tibbi sığorta haqqı yığılacaq - Fərman

29.12.2025, 15:36
Gələn il 1,4 milyard icbari tibbi sığorta haqqı yığılacaq - Fərman

2026-cı ildə Azərbaycanda 1 milyard 400 min manat icbari tibbi sığorta haqqı yığılacağı gözlənilir.

Prezident İlham Əliyevin bu gün imzaladığı İcbari Tibbi Sığorta Fondunun 2026-cı il büdcəsi haqqında fərmanda öz əksini tapıb.

Fərmana əsasən, bu, 2025-ci illə müqayisədə 10 % çoxdur.

O cümlədən, gələn il büdcədən maliyyələşən təşkilatlar üzrə 163,875 milyon manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 163,875 milyon manat, qeyri-büdcə sektoru üzrü isə 672,65 milyon manat sığorta haqqı yığılacağı proqnozlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol