Vladimir Putin özü, dövlət qulluqçuları və parlament üzvləri üçün gəlir və aktivlərini illik bəyannamə vermək tələbini ləğv edib.
“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, müvafiq qanunlar 28 dekabrda imzalanıb. Dəyişikliklərə əsasən, 2026-cı ildən etibarən bəyannamələr yalnız dövlət qulluğuna qəbul edildikdə, yeni vəzifəyə təyin edildikdə, başqa bir dövlət qurumuna keçdikdə və federal kadr ehtiyatına daxil edildikdə tələb olunacaq.
Putin həmçinin bəyannamələrin məcburi onlayn dərc olunmasını da ləğv edib.
Rusiyada məmurlar və parlament üzvləri üçün illik gəlir bəyannaməsi tələbi 1995-ci ildə tətbiq edilib. İndi onların maliyyə vəziyyəti "Poseidon" qapalı dövlət sistemi tərəfindən izləniləcək. Ona giriş isə yalnız Federal Mühafizə Xidməti (FSO) və Prezident Administrasiyasında olacaq.
İmzalanmış başqa bir qanun Putinə korrupsiyaya qarşı mübarizə filtrləri olmadan məmurları təyin etməyə imkan verir.
“AzPolitika.info”


Şərhlər