Türkiyəli tanınmış jurnalist Fatih Altaylı azadlığa buraxılıb.
Bu barədə NTV məlumat yayıb.
Bu ilin iyun ayında həbs edilən jurnalist məhkəmənin qərarı ilə 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Məlumata görə, F. Altaylının vəkilləri Rezzan Aydınoğlu, Ömer Teker və Metin Arslan tərəfindən yerli məhkəmənin 4 il 2 aylıq həbs qərarından verilən apelyasiya şikayətinə Regional Məhkəmədə baxılıb. Məhkəmə jurnalistin azadlığa buraxılması barədə qərar çıxarıb.
Xatırladaq ki, Fatih Altaylı Türkiyə Prezidentini təhdid etməkdə ittiham olunurdu.
"AzPolitika.info"


Şərhlər