Menu

Azərbaycana 41 min ton palma yağı gətirildi – Qiyməti 35-45 qəpik bahalaşdı

30.12.2025, 11:24
Azərbaycana 41 min ton palma yağı gətirildi – Qiyməti 35-45 qəpik bahalaşdı

Bu ilin ilk 10 ayı ərzində Azərbaycana İndoneziya və Malayziyadan 41 min 26,5 ton xam palma yağı idxal edilib.

"AzPolitika" xəbər verir ki, idxal olunan palma yağının 35 min 768,8 tonu İndoneziyadan, 5 min 257,7 tonu isə Malayziyadan gətirilib.

Qeyd edək ki, İndoneziyadan gətirilən palma yağının 1 kiloqramının orta gömrük dəyəri 2,31 manat (1,36 dollar), Malayziyadan gətirilən palma yağının 1 kiloqramının orta gömrük dəyəri isə 2,48 manat (1,46 dollar) olub.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 10 ayında palma yağının idxalı 16,1% və ya 7,9 min ton azalıb. İdxal olunan palma yağının orta gömrük dəyəri isə artıb. Belə ki, ötən ilin eyni dövründə İndoneziydan gətirilən palma yağının orta gömrük dəyəri 1,95 manat, Malayziyadan gətirilən palma yağının orta gömrük dəyəri isə 2,1 manat olub. (Yeniavaz)

"AzPolitika.info" 


Şərhlər

Məzahir 2026-01-04 16:20:29

Bu palma yağları/tonlarla/ hansı yolla vətənimizə çatdırılır ki, heç bir kömrük küçüyü belə onu gətirənləri tita bilmirlər??!! Bu işləri,kömrukdəki həqiqi itlərə həvalə edin ki, bizlərin də canı, xəstəliklərdən qurtulsun!!!

Xancanova Sevda 2026-01-04 14:16:06

Bu qida təhlükəsizliyi kimi saxta qurum Azərbaycanda yoxdu Çox şərəfsizlik edirlər 9ulu alıb icazəsini verir sonra çıxıb danışır ki marketlərdə kərə yağı adıyla satılır Bu necə təşkilatdır ki insanları zəhərliyiyənlərə şərait yaradır

Xeyal 2026-01-02 09:38:53

Bu palma yağını ölkəyə kim gətirir necə gətirir ?? Və heç bir yerde görməmişəm ki, palma yağı yazılsın üstünə . Kərə yağı adı ilə sıxırlar bizə ...

Mübariz 2026-01-01 13:55:48

Əsasən Azərsun idxal edir.Bu geydirmə firma açılandan sonra Odlar Yurdunda kişilərin ortalama müddəti 56-60-a düşdü☻️

Tərlan Məmmədov 2026-01-01 12:54:12

Palma yağı adı ilə marketlərdə yağ satılmır. Bu zərərli yağ harda istifadə olunur? Qida Agentliyi hara baxır?

Саша 2026-01-01 12:31:40

Аллан сизе Ленет елесин.

Habil 2026-01-01 10:27:26

Bunu gətirən adamın adını niyə yazmırsınız?
Bu xalg düşməninin adını bilməlidir.

Elnur 2026-01-01 10:05:23

Kərə yağını gətrin

Müəllim 2025-12-30 15:13:10

41 min ton insan oranizminə ziyanlı olan bu texniki yağ azərbaycanda harada,hansı sahədə istifadə olunur?Bu sual hamını düçündürür.Buna kim əsaslı və dəqiq aydınlıq gətirəcək?

Vahabov Vüqar 2025-12-30 14:56:45

Bəs bu ucuz palma yağı Azərbaycanda harada.hansı sahədə və hansıqiymətə satılır.? Xalq arasında deyilir i.kərə yağı adı ilə müxtəlif etiketdə satılan lar palma yağıdır.Bunakim aydınlıq gətirər7 Axı 41 min ton 41 ton deyil.Bəs bu min tonlarla yağın sonrakı realizəsi haraya və necə baş verir?Axı bu yağlar insan orqanizmi üçün deyil.İzahat hamı üçün maraqlı olduğundan əhaliyə geniş iahat veriməlidir.Xəstəliklər (əsasən qan damar xəstəlikləri) getdikcə artır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol