Menu

Bakıda 27 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb

30.12.2025, 11:42
Bakıda 27 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakıda keçirilən əməliyyatlarla 27 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakının Xətai, Qaradağ və Nizami rayonlarında keçirilən növbəti tədbirlər zamanı 27 yaşlı N.Şıxalıyev, 39 yaşlı N.Nəsibov və 26 yaşlı M.Mustafa saxlanılıblar.

Onlardan 27,7 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 100 ədəd metadon həbi aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol