Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” imzaladığı sərəncama uyğun olaraq bu gün 76 mindən çox ailəyə birdəfəlik yardımların ödənilməsi başa çatıb. Bu dəstək 335 mindən çox ailə üzvünü əhatə edir.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov parlamentin 2025-ci il payız sessiyasının sonuncu plenar iclasında deyib.
Millət vəkili xatırladıb ki, 2025-ci il reallaşan 5-ci sosial paket 3 milyondan çox vətəndaşı əhatə etməklə ölkədə sosial təminat sisteminin daha da güclənməsinə xidmət edib:
“2025-ci ildəki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Prezident İlham Əliyevin göstərişi ilə reallaşan paketlərə 7,6 milyard manat əlavə vəsait yönəldilib. 2024-cü ildə respublika üzrə orta aylıq əmək haqqı 8,1 faiz artıbsa, bu ilin ilk 10 ayında artım 9,4 faiz olub. 2025-ci ilin yekununda nominal orta aylıq əmək haqqının 9,2 faiz artacağı gözlənilir.
Bu isə o deməkdir ki, gələn aydan etibarən artıq bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək. 9,2 faiz artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu, bütün növ əmək pensiyaları, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq. Bu, o deməkdir ki, 500 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində gələn aydan 46 manat artım olacaq.
Deputat əlavə edib ki, 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7,9 %-dən çox artım deməkdir.
“Ehtiyac meyarının 300 manata çatıdırılması isə gələn ildən ünvanlı sosial yardım almağa başlayacaq vətəndaşlarımızın sosial yardım məbləğinin artmasına səbəb olacaq. İlkin qiymətləndirmələrə görə, 900 manat gəlirli 5 nəfərlik ailə, əvvəl aldığı təxminən 525 manat əvəzinə, yeni ehtiyac meyarının tətbiqi ilə orta hesabla 600 manat yardım alacaq. Bu isə təbii ki, daha çox ehtiyaca malik olan ailələrin daha yaxından dəstəklənməsi deməkdir”, - deyə o fikrini yekunlaşdırıb. /"Trend"


Şərhlər
Mənim sözüm qiymətlərin qaldırılmasında bilavasitə əli olan adamlardır :- LƏNƏT OLSUN SİZƏ VƏ SİZİN ƏDALƏTİNİZƏ
Azərbaycanda pensiya hesablanmasında ayrıseçkilik ləğv olunmalı bütün əhaliyə eyni metod yanaşması ilə pensiya hesablanmalıdır ki.ayrıseçkilik.fərqləndirmə baş verməsin.Eyni yaşa.işstajınamalikşəsin birinə300manay.digərlərinə1200-4000 manat pensiya hesablama ölkədə qarışıqlıq və narazılıq yaradıb.İl sonunda pensiya artımı8-9 faiz olduqda biri 40-50manat, digərləri 90-300 manata qədər artım alır.Bu haqsızlıq.yalan və ayrıseçkilik ləğv olunmalıdır.
Ölkədə başverən 35-45 faiz bahaaşma halında 9.2 faiz pensiya artımı pensiyaçıların həyatını.sosial vəziyyətini nə qədər ağırlaşdığını düşünən deputat.nazir.Baş nazir.Prezident niyə məsələyə müdaxilə etmirlər?Bəs adi pensiya alan şəxsin sosial vəziyyətini kim düşünməlidir?
Deputat ,pensiyaya çıxan məmurların , hüquq mühafizə işçilərinin ,sizin deputat həmkarlarınızım pensiyaları olduqca yüksək olduğundan ,orta aylıq pensiya 590-manat olur ,bunun bizə nə dəxli var ?.Bizlər zatən 300-450-civarında pensiya alırıq ,birdə ki ,özünüzü ağıllı göstərib təxminən 10 faiz artımı tez tez gözümüzə soxmayın ,bazar qiymətlərini sizlər görməzdən gəlirsiz .Gözün aydın ,il qurtarmamış yanacaq da bahalaşdı ,indi hesabla və başımıza qaxac elə
ölkədə baş verə 25-45 faz bahalaşmalar fonunda (ərzaq.nəqliyyat.sənaye malları,səhiyyə,dərmanlar,xidmət.kommunal və sair ) sin 8-9 faiz pensiya artımı insanların sosial yaşamına necə təsir etdiyini anlaya bilirmisiniz? Yalan sosial vəziyyətin yaxşılaşdrılması şüarı iləçıxış etməyə xəalət çəkmirsiniz? Yalan inflyasiya və sairəni ortaya çıarıb insanların yaşamını ağırlaşdırmaq utanc vermir? Yoxsa daha utancaqlıq hissi qalmayıb.