Menu

ABŞ müharibə başa çatdıqdan sonra Ukraynaya qoşun yerləşdirməyə hazırdır

30.12.2025, 19:11
ABŞ müharibə başa çatdıqdan sonra Ukraynaya qoşun yerləşdirməyə hazırdır

Polşa Baş naziri Donald Tusk Ukrayna üçün təhlükəsizlik zəmanəti olaraq ABŞ hərbi qüvvələrinin bu ölkəyə yerləşdiriləcəyini deyib.

APA-nın “Unian“a istinadən xəbərinə görə, Tusk bildirib ki, ABŞ sülh razılaşmasının imzalanmasından sonra Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq öz qoşunlarını bu ölkəyə yerləşdirməyə razılıq verib.

“Məsələn, Rusiya-Ukrayna təmas xətti boyu və ya sərhədboyu ərazilərdə ABŞ hərbi birləşmələri yerləşdirilə bilər. ABŞ tərəfindən bu birmənalı bəyanatlar sadəcə məsələnin birinci hissəsidir. Biz Atlantikin o tayındakı tərəfdaşlarımızın nə qədər davamlı mövqe sərgiləyəcəklərini görəcəyik, amma bu bizə danışıqların uğurlu olacağı ilə bağlı ümid verir”, - Polşa Baş naziri qeyd edib.

Şərhlər

Oxucu. 2025-12-30 19:55:33

Bəs həmin qoşunun maliyəsi kimin olar,elə bir strateji bölgə deyilki,deyək abş özünü gələcəkdə müdafiyə etmək üçün məcburi maliyə ayıracaq,ruslarlada muharibə etmək 100%- iz mümkün deyi,ona görəki hər iki dövlət nüvə dövlətidir və hər ikisi bunu anlayır,Polşa və onun aparıcı siyasətçiləri hələdə özlərin məhəlli uşaqların özlərini apardığı kimi aparırlar və anlamaq istəmirlər gələcəkdə rus və abş- ın qarşıdurmasında özləri ayağda qalacaqlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol