Menu

Evlərini kirayə verənlərdən vergi tutulacaq

01.01.2026, 09:24
Evlərini kirayə verənlərdən vergi tutulacaq

Bu gündən fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Beləliklə ki, mövcud qanunvericilikdə fiziki şəxslərin mənzil kirayə verilməsindən əldə olunan gəlirdən 14% verginin ödənilməsi nəzərdə tutulurdusa, yeni dəyişikliklərdə bu hədd 10%-ə endirilib.

Kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə kirayəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 10 faiz dərəcə ilə vergini ödəyəcək və vergi uçotuna alınıb bəyannamə verəcək.

Şərhlər

Dûrrə 2026-01-02 04:00:26

Bizim qonşu verib evini artiq 15 iıdi kireci xanim qonşuıarıla yola getmir neynedik cixara bilmedik
Verginin qaynar xətti geldi dedi qohumudur dedim subut et dedi etmirem ne bacarirsiz edin

Kasıb 2026-01-01 22:18:38

Hava şotçiki görəsən nə vaxt olacaq

Watchman 2026-01-01 09:34:20

Ay sizi şad xəbər olasız! Yeni ilin ilk gününü nə gözəl xəbərlə qarşıladıq!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol