Menu

Mərkəzi Asiya ölkələrindən Azərbaycana turist axını 23 %-dən çox artıb

01.01.2026, 13:29
Mərkəzi Asiya ölkələrindən Azərbaycana turist axını 23 %-dən çox artıb

2025-ci ilin yanvar-noyabr aylarında Mərkəzi Asiya ölkələrindən Azərbaycana 202033turist gəlib.

"Report"un əldə etdiyi məlumata görə, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 23,3 % (163992 nəfər) çoxdur.

11 ay ərzində Qazaxıstandan 95 952 (illik artım 20,3 %), Özbəkistandan 56 752 (+38,6 %), Türkmənistandan 29 761 (-0,7 %), Qırğızıstandan 10 618 (+34,9 %), Tacikistandan 8 950 (+66,7 %) turist gəlib.

Ötən ilin noyabr ayında isə Azərbaycana səfər edən əcnəbilərin sayına görə TOP-10 ölkə arasında Qazaxıstan altıncı (8 148 nəfər, + 32,1 %), Özbəkistan isə onuncu yerdə (5 781 nəfər, +70 %) qərarlaşıb.

Xatırladaq ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 189 ölkədən 2 milyon 364 min nəfər və yaxud 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol