Menu

“Çelsi”nin baş məşqçisi istefaya göndərilib

01.01.2026, 19:38
“Çelsi”nin baş məşqçisi istefaya göndərilib

“Çelsi” baş məşqçisi Enzo Mareska ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Enzo Mareska 2024-cü ilin yayında “Çelsi”nin baş məşqçisi təyin olunmuşdu. “Zadəganlar” 45 yaşlı məşqçinin rəhbərliyi altında ötən mövsüm həm Konfrans Liqasının, həm də Klublararası Dünya Çempionatının qalibi olublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol