Menu

Afrika 2026-cı ildə iqtisadi artım tempinə görə dünya lideri olacaq

01.01.2026, 22:30
Afrika 2026-cı ildə iqtisadi artım tempinə görə dünya lideri olacaq

2026-cı ildə ümumi daxili məhsulun (ÜDM) artım tempi 6%-dən çox olan, ən sürətlə inkişaf edən iqtisadiyyatların əksəriyyətini Afrika qitəsinin ölkələri təşkil edəcək.

Report-un məlumatına görə, bu barədə Africanews telekanalı Beynəlxalq Valyuta Fonduna (BVF) istinadən məlumat yayıb.

Ruanda, Uqanda və ya Efiopiya kimi ölkələrdə artım tempi 7%-i keçəcək, Cənubi Sudan və Qvineya isə neft və mineral xammalının hasilatı bumuna görə ikiqat rəqəmli ÜDM artımına nail olacaq. Eyni zamanda, BVF ekspertlərinin fikrincə, Afrika qlobal istiləşmənin nəticələri, siyasi qeyri-sabitlik və yüksək xarici borc kimi mənfi amillərin təsirinə diqqət yetirməlidir.

2026-cı ildə qitə ölkələri kreditorlara, demək olar, 95 milyard dollar ödəməli olacaqlar. Keniya kimi ölkələr xarici borcun ödənilməsinə büdcə vəsaitlərinin 20%-ə qədərini yönəltməli olacaq. Xarici investisiyaların axınına baxmayaraq, bəzi ölkələr, məsələn, Mərkəzi Afrika Respublikas planetdə ən az elektrikləşdirilmiş ölkələr arasında qalacaq.

Şərhlər

N/nəzar konstruktoru B. 2026-01-02 15:45:50

Respublikamızdan tək uzaq sosialist-kapitalist bütövlüklü Vyetnam deyil, Skandinavlardan Finlanda qədər, Suriyadan CAR qədər, Pakistan, İraqdan C.Amerikaya qədər 1992ci ildən-yeni Respublikamızdan onlarla adda yüz tipdə avadanlıq, bəzən müəllim-mütəxəssis gözləmiş və bəlkə hələ də gözləməkdədirlər!? Nəzirlər Kabinetimiz ehtiyat maliyyə fondlarının səmərəli cəlbi ilə iqisadi potensialı azı 10% canlandıra bilər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol