Menu

Goranboyda avtomobil aşıb, iki nəfər ölüb

02.01.2026, 01:01
Goranboyda avtomobil aşıb, iki nəfər ölüb

Goranboy rayonunda avtomobilin aşması nəticəsində iki nəfər ölüb. Hadisə rayonun Nadirkənd kəndində qeydə alınıb.

"LADA" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, daha 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Xəstəxanaya çatdırılan yaralılardan biri də müdaxilələrə baxmayaraq, orada keçinib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol