Menu

Naxçıvanda qarın hündürlüyü 43 sm olub

02.01.2026, 12:11
Naxçıvanda qarın hündürlüyü 43 sm olub

Naxçıvan Muxtar Respublikasının müxtəlif rayon və kəndlərində zəif qar yağışı müşahidə edilib.

Kəngərli, Şərur, Culfa, Sədərək, Şahbuz, Ordubad, Biçənək, Parağaçay, Axura və Kükü ərazilərində yağıntı əsasən zəif intensivlikdə olub.

Sədərək rayonu ərazisində qar örtüyünün hündürlüyü 6 sm, Axura kəndində 9 sm, Şahbuz rayonunda isə 5 sm təşkil edir. Kükü ərazisində qar örtüyünün hündürlüyü 37 sm, Biçənəkdə 43 sm, Parağaçay Qar Uçqunu Stansiyasında isə 16 sm ölçülüb. Parağaçay Qar Uçqunu Stansiyası ərazisində dağlıq sahələrdə dumanlı hava şəraiti müşahidə olunmur.

Bəzi ərazilərdə qar yağışı fasilələrlə davam edir, Kükü kəndində isə hazırda yağıntı dayanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol