Menu

Meksikada zəlzələ nəticəsində 12 nəfər xəsarət alıb

02.01.2026, 23:41
Meksikada zəlzələ nəticəsində 12 nəfər xəsarət alıb

Meksikanın cənub-qərbindəki Herrero ştatında 6,5 maqnitudada zəlzələ qeydə alınıb. Zəlzələ nəticəsində 12 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Meksika paytaxtının meri Klara Bruqada "X" sosial şəbəkəsində məlumat yayıb.

Daha əvvəl bildirilib ki, Meksikada 6,5 maqnitudada zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 187 min nəfərin yaşadığı Çilpansinqo şəhərindən 42 kilometr cənub-şərqdə, ocağı 42 kilometr dərinlikdə yerləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol