Çinin avtomobil istehsalçısı "BYD", İlon Maskın "Tesla" şirkətini geridə qoyaraq dünyanın ən böyük elektrik avtomobili satıcısı olmağa doğru irəliləyir.
"Azpolitika" xəbər verir ki, bu barədə "BYD" məlumat açıqlayıb.
Bu, "BYD"nin illik satışlarda ilk dəfə olaraq Amerikalı rəqibini geridə qoyması deməkdir.
Məlumata görə, "BYD"nin akkumulyatorlu avtomobil satışları ötən il təxminən 28 faiz artaraq 2,26 milyon elektrik avtomobili istehsal edib. Hibrid modellər də daxil olmaqla, şirkətin ümumi satış həcmi 2025-ci ildə 4,6 milyon avtomobilə çatıb.
"Tesla" şirkətinin analitiklərinin hesablamalarına görə, şirkət 2025-ci ildə təxminən 1,65 milyon avtomobil satıb. Amma dəqiq hesabat yaxın zamanlarda açıqlanacaq.


Şərhlər