ABŞ xüsusi təyinatlıları Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşını ələ keçirərək, ölkədən çıxarıb.
Bunu ABŞ Prezidenti Donald Tramp açıqlayıb.
"ABŞ Venesuela və onun lideri Maduroya qarşı genişmiqyaslı əməliyyatı uğurla həyata keçirib. Maduro həyat yoldaşı ilə birlikdə tutularaq ölkədən çıxarılıb.Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib", - Tramp sosial şəbəkədə yazıb.
ABŞ mediası xəbər verir ki, Maduro Nyu York şəhərinə gətirilir.



Şərhlər
Bu gün Dünya Madura xəbərləri ilə çalxalanır. Dün Tramp Rusiyanın üzərinə niye getmir deyib olmazın həqarətlərini Trampa yağdıranlar, indi analdınızmı ki, dünya gücləri bir medalın iki üzüdür. Hadi durmayın deyin, başlayın "Slova Madura" sloqanını atmağa. Niyə durmusunuz, nədən başlamırsız Axı nədən başa düşmək istəmirik ki, hər bir dünya gücünün özünün geopolitik maraqları və çıxarları var və bu maraqlar onların qırmızı cizgisidir. Bu cizgini aşanı taptatarlar və hətda Madura kimi başına torba keçirib qaçırarlar da. Ona görə də ikinci dərəcəli ölkələr, müstəqil ölkə olsalar da, ətraflarına baxıb yürütdükləri xarici siyasəti yüz kərə düşünüb sonra yürüdücekler. Yox beynəlxalq hüquq var, nə bilim nə var deyib ona güvenib addımını atacaqsan, bax o zaman gözlərinin önünə dünkü Səddamı, Kaddafini, bu gün isə Zelenskini və Maduranı gətirəcəksən. İndi isə gələk bu bədbəxt Maduraya. Hakimiyyet hərisliyindən doymayıb milletini fəlakətə sürkleyenler silsilesinden Maduro "filimi" də belə başa çatdı. Sanıram indiki halda, hələlik yaxşı qurtardı, Yəni bütün hallarda sağdır. Təbii bundan sonrakı aqibəti necə olacaq, onu da yaxın zaman göstərəcək. Bütövlükdə Seddamin ve Qaddafinin başına gelenler, bunun da başına gele bilerdi. Nə yazıq ki, xalqına zülm edenlerin aqibetleri, başqa bu qabildən olan ölkə başçılarına dərs olmur ki, olmur. . İtirənlərsə, həmişə o ölkələrin millətləri olur.