Menu

Fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır

03.01.2026, 17:41
Fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır

Fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır.

"Report"un əldə etdiyi məlumata görə, martın 8-i, 10-u, 12-si və 16-sı Qədr gecələridir.

Qeyd edək ki, Şəvval ayının 1-i və 2-si (martın 20-si və 21-i) Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq.

Xatırladaq ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol