Menu

Tramp Venesuelaya problemlərin həlli yollarını təklif edib - Vens

03.01.2026, 18:27
Tramp Venesuelaya problemlərin həlli yollarını təklif edib - Vens

ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, ölkə Prezidenti Donald Tramp əvvəllər Venesuela ilə mövcud problemlərin həlli üçün bir neçə variant təklif edib.

"Report" xəbər verir ki, o, bu barədə "X sosial" şəbəkəsində yazıb.

"Prezident problemin həlli üçün bir neçə variant təklif edib, lakin bütün proses boyunca son dərəcə aydın şəkildə bildirib ki, narkotik alveri dayandırılmalı və oğurlanmış neft Birləşmiş Ştatlara qaytarılmalıdır. Maduro Prezident Trampın ciddi danışdığına inanan sonuncu şəxs olub", - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol