Menu

Tramp Venesueladakı əməliyyatı iqamətgahından canlı izləyib

03.01.2026, 18:41
Tramp Venesueladakı əməliyyatı iqamətgahından canlı izləyib

ABŞ Prezidenti Donald Tramp Venesueladakı əməliyyatı Florida ştatındakı Mar-a-Laqo iqamətgahından izləyib.

"Report" xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Venesuela lideri Nikolas Maduronun həbs edilməsini canlı yayımda izləmək "televiziya şousuna bənzəyirdi".

Tramp əməliyyat zamanı şəxsi heyət arasında həyatını itirənlərin olmadığını, lakin yaralananların olduğunu bildirib.

ABŞ Prezidenti qeyd edib ki, əməliyyat 2-4 gün əvvəl planlaşdırılıb, lakin pis hava şəraiti səbəbindən təxirə salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol