Türkiyənin Elazığ vilayətinin Baskil rayonunda 4.7 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə "Haber Global" Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) internet səhifəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 20:27 (Bakı baxtı 21:27) radələrində baş verən zəlzələnin ocağı 9.85 km dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilməyib.


Şərhlər