Menu

ABŞ Maduroya ölkəni tərk edərək Türkiyəyə getməyi təklif edibmiş

04.01.2026, 13:43
ABŞ Maduroya ölkəni tərk edərək Türkiyəyə getməyi təklif edibmiş

ABŞ 2025-ci il dekabrın 23-də Venesuela Prezidenti Nikolas Maduroya ölkəsini tərk edərək Türkiyəyə getməyi təklif edib.

APA xəbər verir ki, bu barədə “The New York Times”-a (NYT) adı açıqlanmayan ABŞ rəsmisi məlumat verib.

Lakin Venesuela Prezidenti bu planı “qəzəblə rədd edib”. Nikolas Maduronun reaksiyasından aydın olub ki, o, Vaşinqtonun təkliflərini ciddi şəkildə nəzərdən keçirməyi planlaşdırmır.

Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib, desant qüvvələri Nikolas Maduro və həyat yoldaşını ələ keçirib. Hazırda Venesuela Prezidenti və həyat yoldaşı Nyu-Yorka gətirilib.

Şərhlər

Eli 2026-01-04 15:53:27

Bu nece dövlət necə milletdir ki prezidentini qoruya bilmir bes bu Prezident dövleti və xalqı necə qoruyar ki bu heç özünü ailəsini qoruya bilmir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol