Menu

ABŞ Maduronun həyat yoldaşını niyə qaçırdı? - "İlk döyüşçü" adlandırılırdı

05.01.2026, 13:23
ABŞ Maduronun həyat yoldaşını niyə qaçırdı? - "İlk döyüşçü" adlandırılırdı

Məlum olduğu kimi, ABŞ hərbi qüvvələri Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi Karakasda keçirdiyi əməliyyat nəticəsində saxlayaraq Nyu-Yorka aparıb. Yanvarın 3-nə keçən gecə paytaxtda baş verən partlayışlardan sonra həyata keçirilən əməliyyat beynəlxalq aləmdə böyük rezonans doğurub.

ABŞ tərəfinin məlumatına görə, Maduro “narko-terror” ittihamı ilə məhkəmə qarşısına çıxacaq. Onunla birlikdə saxlanılan həyat yoldaşı isə hansı ittihamla üzləşəcəyi hələlik rəsmi şəkildə açıqlanmayıb.

Qeyd edək ki, 1956-cı il təvəllüdlü Siliya Flores hüquq təhsili alıb və uzun illər Venesuela siyasətində fəal rol oynayıb. O, mərhum prezident Uqo Çaves dövründə önəmli vəzifələrdə çalışıb, 2006-cı ildə isə ölkənin ilk qadın parlament sədri olub. 2012-ci ildə Çaves tərəfindən ədliyyə naziri təyin edilib.

Maduro prezident olduqdan sonra Flores “first lady” statusu qazansa da, Maduro onu tez-tez “ilk döyüşçü” adlandırıb.

Maduro və Flores bu gün Nyu-Yorkda ilk dəfə hakim qarşısına çıxacaqlar. ABŞ mediası bildirir ki, Floresin uzun illər dövlət idarəçiliyində aktiv rol alması Vaşinqton tərəfindən potensial təhlükə kimi qiymətləndirilir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol