Menu

Kolumbiya Prezidenti ABŞ-a cavab verib

05.01.2026, 13:26
Kolumbiya Prezidenti ABŞ-a cavab verib

ABŞ bayrağını Kolumbiya bayrağından üstün tutan komandirlər vəzifələrindən azad ediləcək.

APA xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro "X"-də bildirib.

“Əgər xalqımın böyük hissəsinin sevdiyi və hörmət etdiyi prezidenti tutsanız, xalqın gücünü görəcəksiniz", - o qeyd edib.

Kolumbiya lideri karyerasında hərbin olmasına baxmayaraq, müharibə işini yaxşı bildiyini vurğulayıb.

Qustavo Petronun sözlərinə görə, ABŞ bəşər tarixində Cənubi Amerika paytaxtını bombalayan ilk ölkədir.

O, bunu çox pis nümunə adlandırıb. Kolumbiya Prezidenti əlavə edib ki, Cənubi Amerika xalqları bunu əsrlər boyu unutmayacaq.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Kolumbiyada hərbi əməliyyatın keçirilə biləcəyini istisna etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol