Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində 940 rus hərbçisini öldürüb.
"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda son sutkada məhv edilən rus hərb texnikalarının siyahısı da dərc edilib.
Həmin siyahını təqdim edirik:
- Tank – 5 ədəd;
- Zirehli döyüş maşınları – 6 ədəd;
- Artilleriya sistemləri – 46 ədəd;
- MLRS – 1 ədəd;
- Hava hücumundan müdafiə sistemləri – 1 ədəd;
- PUA – 879 ədəd;
- Hərbi nəqliyyat vasitəsi - 157 ədəd.
"AzPolitika.info"


Şərhlər