Menu

İranda etirazlar davam edir - Ölənlərin sayı 35-ə çatıb

06.01.2026, 10:41
İranda etirazlar davam edir - Ölənlərin sayı 35-ə çatıb

İranda iqtisadi böhran fonunda başlayan etiraz aksiyalarında həlak olanların sayı 35-ə yüksəlib.

"AzPolitika" xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) bu barədə məlumat yayıb.

Agentliyin verdiyi məlumata görə, ümumilikdə 1200-dən çox şəxs təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Ölənlər arasında 29 etirazçı, 4 azyaşlı uşaq və təhlükəsizlik qüvvələrindən 2 nəfər var.

İranın rəsmi mediası isə son 24 saatda etirazların intensivliyinin azaldığını və zorakılıq hadisələrinin qeydə alınmadığını bildirir.

Qeyd edək ki, etiraz dalğası dekabrın 28-də İran rialının ABŞ dolları qarşısında rekord səviyyədə ucuzlaşması (təxminən 1,4-1,45 milyon riala qədər düşməsi) ilə başlayıb. Bu, ölkədə inflyasiyanın kəskin artmasına (dekabrda 42%-ə yaxın) və ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub. Etirazlar Tehranın böyük bazarından start götürərək ölkənin bir çox şəhərlərinə yayılıb və iqtisadi tələblərdən siyasi şüarlara keçid edib. Bu, 2022-ci il Mahsa Amini etirazlarından sonra İranda ən genişmiqyaslı narazılıq dalğası hesab olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol