Menu

Türkiyə Superkubokunun finalında “Qalatasaray”la “Fənərbaxça” qarşılaşacaq

07.01.2026, 00:12
Türkiyə Superkubokunun finalında “Qalatasaray”la “Fənərbaxça” qarşılaşacaq

Bu gün futbol üzrə Türkiyə Superkubokunda yarımfinal mərhələsinin digər qarşılaşması keçirilib.

Apasport.az xəbər verir ki, finala vəsiqə uğrunda “Fənərbaxça” “Samsunspor”la üz-üzə gəlib.

Görüş Yeni Adana Stadionunda baş tutub və Bakı vaxtı ilə saat 21:30-da start götürüb.

Kerem Aktürkoğlu və Con Duranın vurduğu qollar sayəsində “sarı-lacivərdlilər” rəqibini 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib. “Fənərbaxça” həlledici görüşdə “Qalatasaray”la qarşılaşacaq.

Xatırladaq ki, yarımfinal mərhələsinin ötən gün keçirilən ilk oyununda “sarı-qırmızılılar” “Trabzonspor”u 4:1 hesabı ilə məğlub edərək finala adlayıblar.

Qeyd edək ki, Türkiyə Superkubokunun final qarşılaşması yanvarın 10-da Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol