Menu

Sui-qəsdə uğradığı deyilirdi - Yalan çıxdı

07.01.2026, 13:01
Sui-qəsdə uğradığı deyilirdi - Yalan çıxdı

30 dekabrdan bəri ictimaiyyət qarşısına çıxmayan Suriya Prezidenti Əhməd Şara ilə bağlı yayılan sui-qəsd iddialarının yalan olduğu üzə çıxıb.

Belə ki, sosial şəbəkələrdə yayılan bir fotoda Şaranın guya xəstəxanada olduğu, onun yaralandığını iddia olunub. 

Suriya Daxili İşlər Nazirliyinin sözçüsü Nürəddin əl-Baba iddiaları qəti şəkildə təkzib edib. Bundan sonra Şaranın dünən Şamda marketlərdən birində alış-veriş edərkən görüntüləndiyi bildirilib.

Aparılan araşdırmalar isə sosial mediada yayılan və Şaranın xəstəxanada olduğu iddia edilən fotonun montaj olduğunu üzə çıxarıb. Məlumata görə, görüntü 17 oktyabr 2020-ci ildə "X" platformasında paylaşılan köhnə bir fotodan manipulyasiya edilib və gerçəyi əks etdirmir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol