İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) məxsus "Daşınmaz Əmlak Bülleteni və Mülkiyyət qəzeti" MMC ləğv olunduğunu elan edib.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini ƏMDX-nın yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139 ünvanına bildirə bilərlər.
"Daşınmaz Əmlak Bülleteni və Mülkiyyət qəzeti" 2006-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 300 manat, qanuni təmsilçisi isə hazırda Aqrar Sığorta Fondunda çalışan Əli Zülfüqar oğlu Əhmədovdur.


Şərhlər