Menu

"ABŞ ilə danışıqlar üçün uyğun şərait yoxdur" - Əraqçi

07.01.2026, 14:29
"ABŞ ilə danışıqlar üçün uyğun şərait yoxdur" - Əraqçi

İndi ABŞ ilə danışıqlar aparmaq üçün münbit şərait mövcud deyil.

APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi yerli jurnalistlərə açıqlamasında deyib.

“İndi ABŞ ilə müzakirələr aparmaq üçün uyğun şərait yoxdur. Buna səbəb isə Amerikanın izlədiyi siyasətdir. İran heç vaxt müzakirə masasını tərk etməyib. Biz həmişə qarşılıqlı maraqlar və hörmət əsasında danışıqlara hazır olmuşuq. Lakin ABŞ hökumətində bu cür yanaşma mövcud deyil”, - Əraqçi bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol