Menu

Ali Məhkəmə Fazil Mustafaya sui-qəsdə cəhddə təqsirləndirilən şəxslə bağlı qərar verib

07.01.2026, 16:49
Ali Məhkəmə Fazil Mustafaya sui-qəsdə cəhddə təqsirləndirilən şəxslə bağlı qərar verib

Deputat Fazil Mustafaya sui-qəsdə cəhddə təqsirləndirilən Rəşad Əhmədovun kassasiya şikayəti təmin olunmayıb.

"Report"un məlumatına görə, bu barədə Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

Belə ki, Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, hadisə 2023-cü il martın 28-də Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq sui-qəsd cəhdi edilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Daha sonra təqsirləndirilən şəxslər və zərərçəkən tərəf apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsi onların şikayətlərini təmin etməyib.

Şərhlər

ƏNHU 2026-01-08 02:01:36

Mən hər cür sui-qəsdin əleyhinəyəm və bu çox qəbuledilməz əməldir. Amma ortada ölüm yox, itim yox, əlillik yox. Belə olan halda bir insanı ömürlük olaraq dünyadan ayırmaq olarmı? Yer-göyü dağıdan terrorçulara belə bu qədər ağır cəza verilmirlər. ALLAHa and olsun ki, onların heç birini tanımıram və elə insanlarlı heç tanımaq da istəmirəm. Ancaq insanlıq namınə deyirəm. İnsafın olsun Fazil Mustafa, ALLAHın hüzuruna gedəcəksən. Ayıb deyilmi? Pəncərənin şüşəsini sındırana on min il cəza istəyirsən. Peki barmağını sindırana nə qədər cəza istəyərdin? Əbədimi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol