Menu

Ərdoğan Maduro ilə bağlı iddiaları təkzib edib

07.01.2026, 17:46
Ərdoğan Maduro ilə bağlı iddiaları təkzib edib

Türkiyə hökumətində ABŞ Prezidenti Donald Trampın Nikolas Maduroya Türkiyəyə getməyi təklif etməsi barədə məlumat yoxdur.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Belə bir şey yoxdur. Bizə belə bir xəbər gəlməyib”, - Ərdoğan iddiaları təkzib edib.

Qeyd edək ki, bundan əvvəl “New York Times“ qəzeti ABŞ-ın Maduroya hakimiyyətdən əl çəkib Türkiyəyə getməyi təklif etdiyini, lakin Maduronun bu təkliflə razılaşmadığını yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol