Menu

İranda sahibkarlar yenidən kütləvi tətilə başlayıblar

08.01.2026, 12:32
İranda sahibkarlar yenidən kütləvi tətilə başlayıblar

İranda 12 gündür davam edən kütləvi etiraz aksiyaları fonunda ölkənin müxtəlif şəhərlərində sahibkarlar mağazalarını bağlayaraq tətil keçirirlər.

Məlumata görə, Bukan, Mərivan, Sənəndəc (Sınandaş), Divandərə, Bəndər-Abbas, Nişapur və Təbriz bazarları tamamilə bağlanıb.

Sahibkarların bu addımı, ölkədə artıq 12 gündür davam edən sosial və iqtisadi narazılıqların göstəricisi kimi dəyərləndirilir.

"AzPolitika.info"

Şərhlər

Fərq 2026-01-08 13:23:34

Məhz buna görə Aristotel hələ e.ə. 4-cü əsrdə aristokratiyanı demokratiyadan üstün siyasi rejim hesab edirdi: o, deyirdi ticarətçiləri (hazırki sahibkarları) dövlət, xalqın mənafei deyil, öz gəlirləri maraqlandırır və məhz buna görə onları idarəedici orqanlara seçmək olmaz. Yeri gəlmişkən o, idmançıları da bu səbəbdən “göylərə qaldırmağın” tərəfdarı deyildi, çünkü onları da ümumi işləri yox, öz şöhrətlərini (və onun gətirdiyi maddiyatı) daha üstün tuturdular...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol