Menu

"Türkiyə Silahlı Qüvvələri Qəzzaya göndərilmək üçün hazırdır" - "Bu, İsrail üçün..."

08.01.2026, 15:38
"Türkiyə Silahlı Qüvvələri Qəzzaya göndərilmək üçün hazırdır" - "Bu, İsrail üçün..."

Türkiyənin Milli Müdafiə naziri Yaşar Güler Qəzza zolağında təhlükəsizliyi təmin edəcək sülhməramlı qüvvələr ilə bağlı açıqlama verib. 

O,  Türkiyə Silahlı Qüvvələrinin Qəzzaya göndərilməsinə hazır olduqlarını ifadə edib.

Nazir Güler bu fikirləri Yaponiyanın "Kyodo News" agentliyinin suallarını cavablandırarkən səsləndirib. O vurğulayıb ki, Türkiyənin mümkün sülhməramlı missiyaya qoşulmasının yeganə məqsədi humanitar yardımlara töhfə vermək və qarşıdurmaları dayandırmaqdır. 

Güler qeyd edib ki, bu addım İsrail üçün təhlükə təşkil etmir və qarşılıqlı anlayış gözlənilir.

"AzPolitika.info"

Şərhlər

Cəmşid Dərələyəzli 2026-01-08 17:43:42

Sanıram Gazze ilə bağlı Trampın 20 maddəlik sülh sazişinin maddələri ., xsusen de HAMAS-ın buraxılması şərtləri yerinə yetirilmədən, qardaş ölkənin Gazzeye qoşun göndərməsi yanlış addım olar. İnşallah sayın Erdoğan bu məsələdə də ehtiyatı əldən buraxmaz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol