ABŞ Prezidenti Donald Tramp Venesuela ilə bağlı diqqətçəkən açıqlamalar verib.
"New York Times" qəzetinə verdiyi müsahibədə Tramp bildirib ki, ABŞ-nin Venesuela üzərində siyasi və iqtisadi nəzarətinin nə qədər davam edəcəyinə dair konkret müddət yoxdur və bu proses bir ildən də çox, hətta daha uzun çəkə bilər.
Tramp yenə ABŞ-nin Venesuelanı faktiki olaraq idarə edəcəyini və ölkənin neft gəlirlərinə nəzarəti öz üzərinə götürəcəyini iddia edib. Onun iddiasına görə, Vaşinqtonla tam əməkdaşlıq edən müvəqqəti Venesuela hökuməti ABŞ-nin tələb etdiyi hər şeyi təqdim edir.
Təxminən iki saat davam edən müsahibə zamanı Tramp Venesuelanın böyük neft ehtiyatlarının ABŞ tərəfindən istismar ediləcəyini də iddia edib.
“Neftdən istifadə edəcəyik, nefti alacağıq. Neft qiymətlərini aşağı salırıq və Venesuelaya isə çox ehtiyac duyduqları pulu verəcəyik”, - Tramp qeyd edib.
Müsahibənin sonunda ABŞ Prezidenti Venesuelaya şəxsən səfər etmək istədiyini də bildirib, lakin tarix açıqlamayıb. Trampın sözlərinə görə, ABŞ-nin Venesuela üzərində nəzarəti möhkəmləndikdən sonra belə bir səfər mümkün ola bilər.
Bununla velə Venesuela hökuməti Trampın dediklərini təsdiqləməyib. VABŞ-nin Venesuelaya hərbi müdaxiləsindən sonra müvəqqəti prezident kimi and içən Delsi Rodrigez ölkənin suvenliyini qoruyacaqlarını və təbii sərvətləri heç bir dövlətin talan etməsinə imkab verməyəcəklərini bəyan edib.
"AzPolitika.info"


Şərhlər