9 yanvar gecəsi Kiyevə edilən genişmiqyaslı hava hücumu zamanı Rusiya pilotsuz təyyarəsi Qətər səfirliyinin binasına zərər vurub.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial mediada məlumat verib.
"Adi mülki infrastruktur və enerji obyektlərimizdən əlavə, dünən gecə Rusiya pilotsuz təyyarəsi Qətər səfirliyinin binasına zərər vurub. Bu, Rusiya həbsxanalarında saxlanılan hərbi əsirləri və mülki şəxsləri azad etmək üçün Rusiya ilə vasitəçilikdə çox iş görən bir ölkədir. Dünyadan aydın cavab lazımdır. İlk növbədə, Rusiyanın həqiqətən hesablaşdığı ABŞ-dən", - Zelenski yazıb.
9 yanvar gecəsi Rusiya Ukraynaya hava hücumu edib. Əsas hədəf Kiyev şəhəri və Kiyev vilayəti olub. Cümə səhəri etibarilə təkcə Kiyevdə dörd nəfərin öldüyü bildirilir. Onların arasında təcili yardım işçisi də var. Onlarla insan yaralanıb.
Rusiya həmçinin Lvov bölgəsindəki vacib infrastruktur obyektinə zərbə endirmək üçün "Oreşnik" orta mənzilli ballistik raketindən istifadə edib.
“AzPolitika.info”


Şərhlər