Menu

Ötən il Naxçıvanda 6 erkən nikahın qarşısı alınıb

09.01.2026, 17:17
Ötən il Naxçıvanda 6 erkən nikahın qarşısı alınıb

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında (MR) 6 erkən nikahın qarşısı alınıb.

Bununla bağlı statistikanı muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıqlayıb.

Məlumatda qeyd edilib ki, aidiyyəti qurumlarla birgə Şahbuz rayonu Gömür kəndində 1, Sədərək rayonu Sədərək və Dəmirçi kəndlərində 2, Şərur rayonu Aralıq, Qaraburc kəndlərində 2 və Kəngərli rayonu Qarabağlar kəndində isə 1 yetkinlik yaşına çatmayan şəxsin toy və nişan mərasimlərinin qarşısı alınıb, valideynlərə müvafiq izahat verilib.

Həmçinin Sədərək rayonu Dəmirçi kəndində 1 yetkinlik yaşına çatmayan şəxsin qohum nikahının qarşısı alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol