Menu

İmamoğlunun həbs müddəti yendən uzadıldı

09.01.2026, 21:06
İmamoğlunun həbs müddəti yendən uzadıldı

Ötən il İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən kənarlaşdırılan Ekrem İmamoğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti işin materialları nəzərdən keçirilməklə yenidən qiymətləndirilib və uzadılıb.

“AzPolitika"nın məlumatına görə, bu barədə Türkiyə mediası xəbər yayıb.

Bildirilir ki, məhkəmə korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər cinayət əməlləri ilə bağlı ittiham olunan Ekrem İmamoğlu və onunla birgə mühakimə edilən şəxslərin həbsdə saxlanılmasına dair qərar verib.

Qeyd edək ki, Ekrem İmamoğlu 2025-ci ilin mart ayında həbs olunub. Hazırda Silivri cəzaçəkmə müəssisəsində saxlanılan sabiq mer barəsində bir neçə cinayət işi üzrə, o cümlədən “siyasi casusluq” və “dövlət əmlakının mənimsənilməsi” ittihamları irəli sürülüb.

Həmçinin vurğulanıb ki, İstanbul 40-cı Ağır Cəza Məhkəməsinin qərarına əsasən, Ekrem İmamoğlunun növbəti məhkəmə baxışı martın 9-da keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol