Menu

Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb

10.01.2026, 10:08
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb

Şamaxı və Göyçay rayonlarında yerləşən heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, aparılan qiymətləndirmənin nəticələrinə əsasən hər iki bazarın fəaliyyətə başlaması ilə bağlı qərar verilib.

Bildirilib ki, bazarlarda sanitar-gigiyenik və baytarlıq tələblərinə uyğun şərait yaradılıb.

Qeyd edək ki, daha əvvəl Bərdə, Salyan və Göygöl heyvan satışı bazarlarının fəaliyyətinə icazə verilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol