Menu

Avtomobil 60 yaşlı kişini vuraraq öldürüb

10.01.2026, 10:18
Avtomobil 60 yaşlı kişini vuraraq öldürüb

Ağdaşda ölümlə nəticələnən avtoqəza baş verib.

1968-ci il təvəllüdlü, Ağdaş rayon sakini Hacıyev Ramis Əsgər oğlu idarə etdiyi "VAZ 2101" minik markalı avtomobillə Yuxarı Ləki kəndi ərazisində yolu keçən piyada - 1966-cı il təvəllüdlü Şərifov Əvəz Hümmət oğlunu vurub.

Sonuncu aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol