İran ordusu ölkənin milli maraqlarını, strateji infrastrukturunu və ictimai əmlakını qoruyacağını bəyan edib.
“AzPolitika” xəbər verir ki, "Əl-Ərəbiyyə"nin məlumatında belə deyilir.
Bəyanatda bildirilir ki, ordu etirazlar davam etdikcə vətəndaşları "düşmən planlarının qarşısını almaq üçün ayıq-sayıq olmağa” çağırırb.
Bu arada, Tehranda adı açıqlanmayan bir həkim “Time”-a bildirib ki, təkcə İran paytaxtındakı altı xəstəxanada ən azı 217 etirazçısının meyiti gətirilib. Onlar odlu silahdan qətlə yetiriliblər. Həkim deyib ki, hakimiyyət orqanları cümə günü cəsədləri xəstəxanadan çıxarıb. Onun sözlərinə görə, ölənlərin əksəriyyəti gənclərdir.
Qeyd olunur ki, Tehranın şimalındakı polis bölməsinin yaxınlığında təhlükəsizlik qüvvələrinin etirazçılara pulemyotlardan atəş açması nəticəsində bir neçə nəfər yerindəcə ölüb. Fəallar hadisə nəticəsində ən azı 30 nəfərin yaralandığını bildiriblər.
Ancaq bu iddia digər mənbələr tərəfindən təsdiqlənmir.
İnsan haqları agentliyi HRANA-nın məlumatına görə, etirazlarda 14 təhlükəsizlik qüvvəsi və 48 etirazçı da daxil olmaqla ən azı 62 nəfər ölüb.
“AzPolitika.info”


Şərhlər