Menu

İranda etirazçılar SEPAH generalının oğlunu öldürüb

10.01.2026, 18:41
İranda etirazçılar SEPAH generalının oğlunu öldürüb

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalının oğlu Fərəcullah Şuştəri etiraz aksiyaları zamanı öldürülüb.

Ətraflı APA “Tasnim” agentliyinə istinadən xəbər verir ki, hadisə Məşhəd şəhərində baş verib.

Məlumata görə, Fərəcullah Şuştəri etirazçılar tərəfindən öldürülüb.

Qeyd edək ki, onun atası, general Nurəli Şuştəri İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları komandanının müavini və SEPAH-ın Cənub-Şərq “Qüds” Qərargahının komandanı olub. O, 2009-cu ildə kamikadze hücumu nəticəsində öldürülüb.

Xatırladaq ki, İranda dekabrın 28-dən etibarən etiraz aksiyaları davam edir.

İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, dekabrın sonundan bu yana etirazlar zamanı ölənlərin sayı 65 nəfərə çatıb, yüzlərlə insan isə yaralanıb.

Şərhlər

Tahir 2026-01-10 19:50:11

İğtişaşlar xaos yaradır ki, bu dövləti məhvə sürükləyir. Kim bilir bəlkə də bu generalın oğlunun elə bu hakimiyyətə hörməti necə imiş. Amma öldürüldü. Çünki öldürənlər atasından qisas alırdı. İndi belə vəziyyətdə kim haqlı, kim haqsız? Haqlı haqsız ölən də ölkə vətəndaşı... Məncə belə minlərlə ölümün qarşısını bir ölümlə-Xamneinin ölümü ilə yekunlaşdırmaq olar...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol