3 yanvar tarixində Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən ölkə xaricinə aparılaraq saxlanılmasından sonra diqqətçəkən bir hadisə baş verib.
ABŞ Prezidenti Donald Tramp "Truth" sosial platformasında paylaşım edərək özünü “Venesuelanın müvəqqəti prezidenti” kimi təqdim edib.
Trampın paylaşdığı, “Wikipedia” formatını xatırladan vizualda onun fotosu altında “2026-cı ilin yanvarından etibarən vəzifədə” qeydi yer alıb, vitse-prezident kimi isə JD Vens göstərilib.
Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi Nikolas Maduro və həyat yoldaşına qarşı narkotik terrorizmi, kokain qaçaqmalçılığı və silahlı cinayətlər üzrə ittihamlar irəli sürüldüyünü açıqlayıb.
Venesuela hakimiyyəti isə baş verənləri pisləyərək beynəlxalq ictimaiyyəti ABŞ-ni qınamağa çağırıb.
"AzPolitika.info"



Şərhlər