Menu

İranda etirazlar davam edir - Ölənlərin sayı 538-ə çatdı

12.01.2026, 11:22
İranda etirazlar davam edir - Ölənlərin sayı 538-ə çatdı

İranda 28 dekabr 2025-ci ildən başlayan kütləvi etiraz aksiyaları ölkənin bir çox şəhərinə yayılmaqda davam edir.

ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri xəbər agentliyinin (HRANA) yaydığı məlumata görə, son iki həftə ərzində ölkə üzrə etirazlar zamanı azı 538 nəfər həyatını itirib. Ölənlərdən 490-nın etirazçı, 48-nin isə təhlükəsizlik qüvvələrinin əməkdaşı olduğu bildirilir. Həmçinin 10 min 600-dən çox şəxsin saxlanıldığı açıqlanıb.

İran hakimiyyəti indiyədək ölənlərin sayı ilə bağlı rəsmi məlumat yaymayıb. Associated Press (AP) agentliyi isə açıqlanan rəqəmləri müstəqil şəkildə təsdiqləyə bilmədiyini bildirib.

Xatırladaq ki, HRANA yanvarın 10-da yayımladığı aralıq hesabatda etirazların 14-cü gününədək 116 nəfərin öldüyünü, 2 min 600-dən çox şəxsin yaralandığını və 2 min 638 nəfərin gözaltına alındığını bildirmişdi.

Qeyd edək ki, etirazlara milli valyutanın sürətlə dəyərdən düşməsi və ağır iqtisadi vəziyyət səbəb olub.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol