Menu

Azərbaycan qazının builki büdcə qiyməti açıqlanıb

12.01.2026, 12:01
Azərbaycan qazının builki büdcə qiyməti açıqlanıb

Azərbaycanın 2026-cı il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən təbii qazın 1 000 kubmetrinin qiyməti BP şirkətinin təqdim etdiyi məlumata əsasən, 440 ABŞ dolları götürülüb.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2026-cı il büdcəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, bu, 2025-ci illə müqayisədə 198 ABŞ dolları və yaxud 81,8 % çoxdur.

"Azeri Light" markalı Azərbaycan neftinin büdcə qiyməti isə əvvəlcədən elan olunduğu kimi 5 ABŞ dolları azaldılaraq 70 ABŞ dollarından 65 ABŞ dollarına endirilib.

Şərhlər

Neft-qaz Qurban 2026-01-12 14:07:52

Neft məlum yataqdan da xarici Sərmayə ilə xamca Sovet raportu kimi *dosroçno* verib. İxrac qazının infrastruktur xərci necə ödənir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol