Menu

Azərbaycandan gön ixracına tətbiq edilən gömrük rüsumu 2 dəfə azaldılıb

12.01.2026, 18:46
Azərbaycandan gön ixracına tətbiq edilən gömrük rüsumu 2 dəfə azaldılıb

Azərbaycandan ixrac edilən gönlərə ( iribuynuzlu mal-qara və quzu gönləri, atlar fəsiləsi heyvanlarının) tətbiq edilən gömrük rüsumu 2 dəfə azaldılıb.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Əgər 31 dekabr 2025-ci il tarixədək ölkədən ixrac edilən gönlərin hər 1000 kiloqramına 500 ABŞ dolları gömrük rüsumu tətbiq edilibsə, 1 yanvar 2026-cı ildən 31 dekabr 2026-cı ilədək tətbiq edilən gömrük rüsumu 250 ABŞ dolları olacaq.

Şərhlər

Kohne 2026-01-12 20:33:04

ZATEN OLMAYAN ŠEYIN GŎMRŮK RŮSUMUNU 2 DEFE AZALTMAQ NEYE LAZIMDIR...? YOXSA ELE BILIRSIZ CAMAAT ÇŎREYI QULAGINA YEYIR...?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol