Menu

“Avtolüks Azərbaycan” kiçilir - Nizamnamə kapitalından daha 12 milyon manat geri götürülür

13.01.2026, 09:03
“Avtolüks Azərbaycan” kiçilir - Nizamnamə kapitalından daha 12 milyon manat geri götürülür

“Avtolüks Azərbaycan” MMC (VÖEN:1402356311) nizamnamə kapitalının 17 milyon manat məbləğdən 500 min manat məbləğə azaldığını elan edir.

Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Z.Nudirəliyev küçəsi 8 ünvanına bildirə bilərlər.

Qeyd edək şirkət daha öncə nizamnamə kapitalını 20,4 milyon manat azaldaraq 37,4 milyon manatdan 17 milyon manata endirmişdi.

Xatırladaq ki, “Avtolüks Azərbaycan” MMC 12 oktyabr 2012-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Vasif Bairamov Nizami oğludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol